Çıxış Tarixi: October 5, 2018
Developer: Ubisoft Quebec
Yayımlayan / Yayımçı: Ubisoft
Rəsmi Saytı: Təyin Olunmayıb

Assassin's Creed Odyssey oyununun ilk gameplay videosu təqdim olundu

Zeynal16-09-2018, 12:59
Verilən Reytinqlər
Metacritic: Təyin Olunmayıb
Assassin's Creed Odyssey oyununun ilk gameplay videosu təqdim olundu 
    Təqdim olunmuş ilk kadrlardan belə qənaətə gəlmək olar ki, yeni oyunda hadisələr Qədim Yunanıstanda cərəyan edəcək. Rəsmi mənbələrdən olan bütün məlumatlar hələki bunlardan ibarətdir. Oyunun trailerinin tam versiyası və əlavə məlumatlar 11 İyun tarixində Ubisoft şirkətinin E3 2018 oyun sərgisi çərçivəsində keçirdəcəyi konfransında təqdim olunacaq. Kotaku saytının verdiyi məlumatlara inansaq yeni oyun daha çox RPG (Role-Playing-Games) elementləri təqdim edəcək. Belə ki, oyunda dialoqlar sistemi olacaq və oyunçu öncədən singleplayer rejimi kişi və ya qadın obrazında oynamağı seçə biləcək. Beləliklə E3 2018-dəki Ubisoft-un konfransını səbrsizliklə gözləyirik.



   Ubisoft şirkəti E3 2018 sərgisi çərçivəsində keçirtdiyi konfrans zamanı Assassin’s Creed Odyssey oyununun trailerini və gameplay videosunu təqdim edib. Oyun haqqında olan əvvəlki məlumatların hamısı təsdiqini tapdı. Oyunda hadisələr Qədim Yunanıstanda cərəyan edəcək. Yeni oyunda baş qəhrəman obrazında Spartalı çıxış edəcək. Bununla yanaşı oyunçuların seçimlərindən asılı olaraq oyunu ya oğlan yada qız personajın rolunda oynamaq olacaq. Oğlan personajın adı Alexios, qız personajın adı isə Kassandra-dır. Beləliklə oyuna RPGelementləri daxil edilib. Belə ki, oyunda dialoq sistemi də olacaq. Beləliklə oyunçular oyunda müxtəlif personajlarla qarşılıqlı əlaqədə olarkən dialoqlar sistemindən istifadə edə biləcəklər. Assassin’s Creed Odyssey bu ilin 2 Oktyabr tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.



Комментарии: (0)
yenilə, əgər kod görünmürsə
Shadow of War
   ...
20-10-2018, 02:52
Zula - Türkiyenin ilk ve Tek MMOFPS Oyunu
 ...
18-10-2018, 00:47
Fortnite Battle Royale Mobile (APK) indir
 ...
16-10-2018, 23:17
Fortnite Battle Royale Türkçe indir PC
 ...
16-10-2018, 22:51
Taxtabiti (Xbox 360, PS3, Xbox One, PS4, PC) Android/IOS və texnologiya həvəskarlarına həsr olunub. Məqsədimiz, oyun dunyasında baş verən yeniliklərdən, oyunlar haqqında yeni məlumatlar və texnalogiya çərçivəsində baş verən hadisələr haqqında sizləri məlumatlandırmaqdır. Əminik ki, səhifəmiz maraqla qarşılanacaq.
Powered by TAXTABİTİ.COM. Bütün HÜquqlar Qorunur.
up